Binəqədi gəncləri sabitliyə, güclü iqtisadi inkişafa səs verəcəklər FOTOLAR
Dünən Yeni Azərbaycan Partiyası Binəqədi rayonu Seçki Qərargahı YAP-ın prezidentliyə namizədi Cənab İlham Əliyevin təbliğat və təşviqat kampaniyası çərçivəsində "Bu günüm və sabahım" mövzusunda gənclərlə görüş keçirib.
Tədbiri giriş sözü ilə açan YAP Binəqədi rayon təşkilatı gənclər birliyinin sədri Qüdsi Bayramov Azərbaycanda gedən ictimai-siyasi proseslərə nəzər salıb, Azərbaycanın bugünkü inkişafını, iqtisadi qüdrətə malik olmasını Azərbaycan Prezidenti İlham Əliyevin 10 illik fəaliyyətinin nailiyyəti kimi qiymətləndirib. O, bildirib ki, budəfəki görüş Azərbaycan Respublikası Prezident seçkilərində rayon ərazisində ilk dəfə səs verəcək bir qrup gənclərlədir.
Görüşdə çıxış edən YAP Gənclər Birliynin sədri Seymur Orucov ilk dəfə səs vermək hüququna malik olan gəncləri təbrik edib. O, ötən qısa tarixi zamana salaraq 90-cı illərin gəncləri ilə iyirmi birinci əsrin gənclərini müqayiqə edərək, müasir həyatımızı diqqətdən keçirib: "Ölkəmizdə müstəqillik illərində böyük, vətənpərvər gənclər ordusu yaranmışdır. Demək olar, indi ölkədə gedən bütün islahatların mərkəzində gənclər dayanır. Bu gənclik Prezident İlham Əliyevin rəhbərliyi altında dövlət müstəqilliyinin möhkəmləndirilməsinə, ölkədə uğurlu islahatların həyata keçirilməsinə, dövlət qarşısında duran vacib problemlərin həllinə öz sanballı töhfəsini verir".
O, bildirib ki, 10 illik prezidentliyi dövründə Cənab İlham Əliyev gənclər siyasətini yüksələn xətt üzrə inkişaf etdirdi, bu sahədə uğurların əldə olunmasını xüsusi dövlət Proqramları ilə diqqət mərkəzində saxladı.
S.Orucov gəncliyin kökünə bağlı, milli, mənəvi dəyərlərinə, sadiq qüvvə odduğunu bildirərək, gənclərin sabitliyə, güclü iqtisadi inkişafa səs verəcəklərini bildirib. Prezident İlham Əliyevin başçılığı ilə qazanılmış uğurların məntiqi nəticəsi olaraq 9 oktyabrda hamını bir nəfər kimi bu siyasətin davamına Cənab İlham Əliyevə səs verməyə çağırıb.
Görüşdə çıxış edən Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov son 10 il ərzində Prezident İlham Əliyevin rəhbərliyi altında görülmüş tədbirlər nəticəsində ölkədə gənclər təşkilatlarının ictimai həyatın bütün sferalarında fəaliyyətlərinin aktivləşdiyini bildirib: "Bizlər bu gün Azərbaycan gənci olmağımızla qürur duyuruq. Bu qüruru bizdə yaradan davamlı inkişaf, sabit və firavan dövlətdə yaşamağımız və millətimizə, xalqımıza, vətənimizə xidmət ruhunda tərbiyə olunmağımızdır".
Millət vəkili Rafael Cəbrayılov çıxışında Azərbaycan xalqının gənclərin simasında böyük sərvətə malik olduğunu bildirib: "Gənclərin sağlam həyat yaşaması, onların elm, təhsil, idman və digər sahələrdə fəaliyyət göstərməsi üçün də bu gün dövlətimiz tərəfindən böyük imkanlar yaradılıb". İlk dəfə səs verəcək gənclərə üzünün tutaraq, seçki hüqüqnudan düzgün istifadə edib, onları prezident seçkilərində fəal olmağa və hər kəsi vicdanının səsinə qulaq asmağa çağırıb.
Millət vəkili Fuad Muradov Prezident İlham Əliyevin gənclərə olan münasibətindən və uğurlu gənclər siyasətindən söz açaraq, gənclərin sosial-iqtisadi, siyasi və mədəni həyatdakı roluna nəzər salıb.
Görüşdə çıxış edən YAP Gənclər Birliyinin sədr müavini Ramin Məmmədov, YAP Binəqədi rayon təşkilatının əməkdaşı Jalə Tofiqqızı, "Bizim nəsil" Gənclərin Regional İnkişaf Assosiasiyası İctimai Birliyini sədri Nurəddin Mehdiyev, Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası təşkilatınnı sədri Gülsel Səfərova və başqaları çıxış edərək, dövlətin gənclərə göstərdiyi bu qayğı və diqqətdən danışıblar. Bildirilib ki, bu gəncləri məsuliyyətini daha da artırır, ölkənin gələcək inkişafı üçün gəncliyin çiyininə ağır və şərəfli yük qoyur. Çıxış edənlər Azərbaycan gəncliyini ona olan bu etimadı doğruldaraq Cənab İlham Əliyevə səs verməyə çağırıblar.
Görüşün sonunda YAP Binəqədi rayon təşkilatınnı sədri Ramiz Göyüşov çıxış edərək, bu gün ölkəmizdə həyata keçirilən dövlət gənclər siyasətinin sütünlarını Ulu Öndər Heydər Əliyevin yaratdığını bildirib: "Hazırda Azərbaycan gənci öz bacarıq və qabiliyyətləri, imkanları ilə dünya ictimaiyyətinin diqqətini özünə çəkə bilmişdir. Prezidentimiz Cənab İlham Əliyev tərəfindən imzalanmış Dövlət Proqramları gənclərin ən müxtəlif istiqamətlərdə məşğulluğunun gücləndirilməsinə, onların sosial cəhətdən daha yaxşı yaşaması üçün tədbirlərin görülməsinə imkan yaratmışdır. İnanıram ki, ilk dəfə səs verəcək Binəqədi gənc seçiciləri Cənab İlham Əliyevi dəstəkləyərək, Azərbaycanımızın sabahına səs verəcəklər".
ZÜMRÜD BAYRAMOVA
.jpg)



Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB