Lənkəran rayonunun Havzova kəndində yeni mənzilin açılış mərasimi keçirilib FOTOLAR
Havzova kənd sakini, üç uşaq anası İradə Cabbarovanın yaşadığı mənzil yanğın nəticəsində tamamilə yararsız hala düşmüşdü. Fövqəladə Hallar Naziri cənab Kəmaləddin Heydərov mayın 31-də Lənkəran şəhərində cənub regionunun vətəndaşlarını qəbul edərkən İradə Cabbarova bu barədə nazirə müraciət etmişdi. Kəmaləddin Heydərov bu müraciətlə əlaqədar operativ tapşırıqlar vermişdi. Qəbuldan dərhal sonra - iyun ayında Fövqəladə Hallar Nazirliyi tərəfindən Havzava kəndində bu ailə üçün yeni mənzilin tikintisinə başlanılıb. Qısa müddət ərzində bir mərtəbəli, iki otaqlı, mətbəxi, hamamı, həyətdə sanitar qovşağı olan mənzil yüksək keyfiyyətlə tikilib başa çatdırılıb.
Sentyabrın 27-də Havzova kəndində İradə Cabbarova üçün inşa edilmiş yeni mənzilin açılış mərasimi keçirilib. Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, İcra başçısının müavinləri, hüquq-mühafizə orqanlarının rəhbərləri və kənd ictimaiyyətinin nümayəndələri açılış mərasimində iştirak ediblər.
İcra başçısı yeni mənzilin açarlarını və sənədlərini İradə Cabbarovaya təqdim edib, ailə üzvlərinə ən xoş və səmimi arzularını çatdırıb.
Yeni mənzilin sahibi İradə Cabbarova ölkə vətəndaşlarına göstərdiyi yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyevə, o cümlədən Fövqəladə Hallar Naziri cənab Kəmaləddin Heydərova və Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı cənab Taleh Qaraşova minnətdarlığını bildirib.
Qonaqlar yeni mənzilə baxış keçiriblər, burada yaradılmış şəraitlə tanış olublar.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB