“Region gənclərinin icimai fəallığının artırılması” adlı layihəyə start verilib FOTOLAR
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun elan etdiyi III qrant müsabiqəsinin qaliblərindən biri olan "Həmrəy" Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyi "Region gənclərinin icimai fəallığının artırılması" adlı layihənin icra planına uyğun olaraq (sentyabr 27-də Qəbələ, 28-də Oğuz, 29-da Şəki) seminar-təlimlərə start verilib.
İlk tədbir Qəbələ Turizm və Otelçilik üzrə Peşə Tədris Mərkəzində baş tutub.
Tədbiri giriş sözü ilə açan layihənin rəhbəri Elvin Əliyev seminar - təlim barədə geniş məlumat verib.
Tədbir iştirakçılarını salamlamaq üçün Qəbələ Rayon Gənclər və İdman İdarəsinin rəisi Fəxri Soltanova söz verildi. O, öz çıxışında bu tip təlimlərin Respublikamızda uğurla həyata keçirilən "Gənclər siyasətinin" bir hissəsi olduğunu bildirdi və seminar-təlimin işinə uğurlar diləyib.
Sonra "Həmrəy" Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyinin sədri Yəhya Babanlı Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun elan etdiyi III qrant müsabiqəsi çərçivəsində reallaşan "Region gənclərinin icimai fəallığının artırılması" adlı layihənin əhəmiyyətindən söz açıb. Bildirib ki, tədbirlərin reallaşdırılması region gənclərinin ictimai fəallığının artırılmasına, onların sosial aktivliyinə, cəmiyyətin inkişafı ilə bağlı tədbirlərdə məhsuldar iştiraklarına müsbət təsir etməklə yanaşı, gənclərin intelektual inkişafına və onlarda müstəqil düşüncə tərzinin formalaşmasına, təhsil və karyeralaralarında sərbəst seçim etmələrində mühüm təsiri vardır.
Sonra tərəfdaş təşkilat kimi "Qəbələ Regional Gənclərin Resurs Mərkəzi" ictimai birliyinin sədri Qalib Nəbiyev çıxış edərək, seminar-təlimlərin həyata keçirilməsinin gənclərin ictimai fəallığının artırılması, özünə inam hissinin aşılanması, onlarda zamanın düzgün qiymətləndrilməsi, düzgün karyera seçimi və işgüzar görüşlərdə müvəffəqiyyətin qazanması sahəsində maarifləndirilməsinə dəstək vermək olduğu bildirib.
Daha sonra təlimçi f.ü.f.d, dosent Şəmil Sadiq "Liderlik və idarəçilik" adlı təlim-seminarında ictimai fəallıq nədir, ictimai fəallığa nəzəri və praktiki yanaşma, ictimai fəal olmağın yolları və faydalılığı, İctimai fəallığın cəmiyyətin inkişafına təsiri barədə gənclərə məlumat verilib.
Layihənin rəhbəri t.ü.f.d. Elvin Əliyev öz çıxışında müvəffəqiyyətə gedən yolda özünə inam hissinin inkişafı, zamanın düzgün dəyələndirilməsi, uğurlu karyera quruculuğu, müvəffəqiyyətin sirrinin öyrənilməsi mövzusunda gənclərlə dialoq şəklində bir təlim keçib.
Qəbələ Turizm və Otelçilik üzrə Peşə Tədris Mərkəzinin direktoru Eyvaz Kazımov belə bir tədbirin keçirilməsi üçün məhz onun rəhbərlik etdiyi təhsil müəssəsinin seçilməsini yüksək qiymətləndirdi və təşkilatçılara öz təşəkkürünü bildirib.
Gənclərin maarifləndirilməsi və mübarizlik ruhunun yüksəldiməsi məqsədilə təlimçi, gənc yazar Şəmil Sadiqin yeni nəşr olunan "Odərlər" romanı gənclərə təqdim edilib.
Sonda, qarşıdan gələn Prezident seçkilərinə toxunularaq, hər bir gəncin seçkilərdə fəallığının əhəmiyyəti barədə məlumat verildi və İctimai Birliyin bu seçkilərdə mövqeyi gənclərə çatdırılıb. Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi dövlət gənclər siyasəti son 10 ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən daha da əzmlə və şövqlə həyata keçirilir. Məhz bu əsasdır ki, çoxsaylı gənci ətrafında birləşdirən "Həmrəy" Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyi İlham Əliyevi dətəkləməkdə həmrəydir.
İştirakçılara sertifikatların verilməsi və xatirə şəklinin çəkdirilməsi ilə tədbir başa çatıb.
Qeyd edək ki, Azərbaycan Respublikasında yaşayan gənclərin həmrəyliyinə nail olmaqla, onlar arasında milli-mənəvi dəyərləri, sağlam həyat tərzini təbliğ etmək, onların bilik və bacarıqlarının artırılmasına yardım etmək və gənclərin inkişafı ilə bağlı həyata keçirilən tədbirlərə dəstək vermək məqsədilə bu ilin 15 mart tarixində təsis edilən "Həmrəy" Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin 1113-Q44-3159 nömrəli qərarı ilə 22 aprel 2013-cü ildə qeydiyyatdan keçib.
Yeni yaradılmasına baxmayaraq, İctimai Birlik bir sıra uğurlara müvəffəq olub. Gənclərin inkişafı ilə bağlı həyata keçirilən bir sıra tədbirlərdə fəal iştirak etmiş, belə tədbirlərə dəstək verib, buna görə diplom, fəxri fərmanlarla, mükafatlandırılıb və Azərbaycan Respublikası Gənclər Təşkilatlarının I Milli Konqresində yaxından iştirak edib və şəhadətnaməsini alıb.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB