Ədliyyə naziri,` Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov Şəki regional ədliyyə şöbəsində Şəki, Balakən, Qax, Zaqatala, Oğuz, Qəbələ, Yevlax rayonlarında və Mingəçevir şəhərində yaşayan vətəndaşların qəbulunu keçirib. Ədliyyə Nazirliyi mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, vətəndaşların rahatlığının təmin edilməsi üçün nazirin qəbuluna yazılış əvvəlcədən başlanılıb, nazirliyin elektron xidmətlər portalında xüsusi olaraq birbaşa yazılmaq imkanı yaradılıb.
Qəbuldan əvvəl nazir Fikrət Məmmədov və Şəki şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət ediblər.
İki gün ərzində aparılmış qəbul zamanı ədliyyə və məhkəmə fəaliyyəti, habelə işə qəbul və digər müxtəlif məsələlər ilə bağlı 180-dən çox vətəndaş diqqətlə dinlənilib, müraciətlərdə qaldırılan məsələlərin bir qismi elə yerindəcə həllini tapıb, digər müraciətlər üzrə nazirliyin aidiyyəti məsul işçilərinə dərhal tapşırıqlar verilib.
Eyni zamanda, ədliyyə və məhkəmə fəaliyyətinə aid olmayan məsələlərlə bağlı müraciətlərə baxılıb, onların araşdırılması üçün aidiyyəti üzrə göndərilməsi təmin olunub.
Qeyd edək ki, səfər çərçivəsində həmçinin, nazir Şəkidə inşa olunan və 4 məhkəməni əhatə edən müasir məhkəmə kompleksinin tikintisinin gedişatı ilə tanış olub, lazımi tapşırıqlar verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB