Bu gün Yeni Azərbayacan Partiyası (YAP) Nərimanov rayon təşkilatı hakim partiyanın namizədi İlham Heydər oğlu Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə növbəti görüş keçirib. SİA-nın məlumatına görə, görüşdə YAP Qadınlar Şurasının sədri, partiyanın İdarə Heyətinin üzvü Nurlana Əliyeva, Milli Məclisin deputatı Adil Əliyev, YAP Nərimanov rayon təşkilatı Qadınlar Şurasının sədri Məhəbbət İbrahimova və professor Samir Vəliyev iştirak ediblər.
Tədbirdə çıxış edən YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev, YAP Qadınlar Şurasının sədri Nurlana Əliyeva Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətdən ətraflı bəhs ediblər və bu siyasətin davamlı olmasının vacibliyini vurğulayıblar. Nurlana Əliyeva Azərbaycanın xoş gələcəyi naminə bütün seçiciləri, o cümlədən qadınları 9 oktyabrda cənab İlham Əliyevə səs verməyə çağırıb.
Görüşdə çıxış edən Milli Məclisin deputatı Adil Əliyev bildirib ki, seçki hüququ hər bir vətəndaşın əsas konstitusion hüquqlarından biridir. Çünki dövlət hakimiyyətinin formalaşdırılması seçki yolu ilə baş tutur ki, burada da seçicilərin mövqeyi müstəsna rol oynayır: "Ona görə də, siz oktyabrın 9-da seçki məntəqələrinə gedərək istədiyiniz namizədə səs verməlisiniz. Sizin seçiminizin cənab İlham Əliyev olacağına heç bir şübhə etmirik. Çünki müasir Azərbaycan məhz Prezident İlham Əliyevin rəhbərliyi ilə sürətlə inkişaf edir, ölkəmizin beynəlxalq aləmdə mövqeyi güclənir. Bu siyasətin davamlı olması üçün siz düzgün seçim etməli və cənab İlham Əliyevə səs verməlisiniz".
Qeyd edək ki, tədbirdə digər çıxış edənlər də cənab İlham Əliyevin seçkilərdə qələbəsinin heç bir şübhə doğurmadığını, xalqın Prezidentimizə böyük inam bəslədiyini vurğulayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB