Son illər ərzində "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Sərnişin daşımaları Departamenti tərəfindən sərnişinlərə göstərilən xidmət mədəniyyətinin səviyyəsinin daha da yüksəldilməsi istiqamətində bir sıra mühüm tədbirlər həyata keçirilir. SİA-nın məlumatına görə, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat katibi Nadir Əzməmmədov açıqlama verib.
Onun sözlərinə görə, bu gündən Bakı-Balakən sərnişin qatarı əsaslı təmirdən çıxmış vaqonlardan ibarət tərkibdə xəttə buraxılacaq: "Vaqonlar Rusiya Federasiyasının Voronej və Ukrayna Respublikasının Dneropetrovsk şəhərlərindəki vaqon təmiri zavodlarında əsaslı təmir olunub".
Qeyd edək ki, "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinə məxsus 60 ədəd sərnişin vaqonu təmir müddətinin keçməsi səbəbindən Ukrayna Respublikasına təmirə göndərilib, bu günə kimi 46 vaqon təmir olunaraq Azərbaycana gətirilib. Eyni zamanda Rusiya Federasiyasının Voronej şəhərinə göndərilən 16 vaqondan 6-sı artıq ölkəmizə gətirilib. Hazırda 38-37 saylı Bakı-Tbilisi, 55-56 saylı Bakı-Moskva və 369-370 saylı Bakı-Xarkov sərnişin qatarları bu vaqonlardan tərtib olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB