İcra başçısı qəsəbədə səyyar görüş keçirib FOTOLAR

İcra başçısı qəsəbədə səyyar görüş keçirib FOTOLAR

Bu gün Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov Müşfiqabad qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirib. SİA-nın məlumatına görə, görüşdə rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon İcra Hakimiyyətinin məsul işçiləri, rayon təsərrüfat sahələrinin rəhbərləri iştirak ediblər.

165 nəfərin iştirak etdiyi səyyar qəbulda, qəsəbə sakinlərindən 15 nəfər fərdi qaydada dinlənilib. Sakinlər qəsəbədə görülən quruculuq, abadlıq işlərindən razı olduqlarını deyib, ölkə rəhbərliyinə öz dərin minnətdarlıqlarını bildiriblər. Qəsəbə sakinlərinin problemlərini dinləyən Qaradağ rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılov qaldırılan məsələlərin həlli istiqamətində aidiyyatı üzrə rayonun idarə rəhbərlərinə müvafiq tapşırıqlarını verib.

İcra başçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanan "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" çərçivəsində həyata keçirilən infrastruktur layihələrin qəsəbənin problemlərinin həllində xüsusi rol oynadığını qeyd edib və görüləcək işlər barədə məlumat verib.

Bütün xəbərlər Facebook səhifəmizdə