"Sabah Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, axşam buludluluğun artacağı, gecəyə doğru yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimal olunur. Güclü şimal-qərb küləyi əsəcək". Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən SİA-ya verilən xəbərə görə, paytaxtda və yarımadada havanın temperatur gecə 15-18, günün birinci yarısında 21-25, axşama doğru 14-16 dərəcə isti təşkil edəcək.
Məlumata əsasən, ölkənin rayonlarında sentyabrın 28-də hava şəraitinin gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir: "Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 12-17, gündüz 24-28, dağlarda gecə 5-10, gündüz 15-20 dərəcə isti olacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB