Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsi tələbələr arasında "Bayrağımız qürur mənbəyimizidir" adlı foto-müsabiqə, eləcə də ölkə ərazisində yerləşən ümumtəhsil məktəblərinin 6-13 yaşında şagirdləri arasında rəsm müsabiqəsi elan edir. SİA-nın məlumatına görə, Dövlət Bayrağı Gününə həsr olunmuş foto-müsabiqədə iştirak etmək arzusunda olan tələbələr, əgər fotoşəkli Dövlət Bayrağı Meydanında çəkmək istəyərlərsə 2013-cü il oktyabrın 10-dək [email protected] ünvanına şəxsiyyəti təsdiq edən sənədin foto-surətini və əlaqə telefonunu ğöndərməlidirlər. Çəkilişin aparılacağı gün və vaxt barədə məlumat veriləcək.
Meydanın kənardan çəkilmiş yüksək keyfiyyətli rəngli və rəngsiz fotoşəkilləri isə jpg, jpeg, raw, raw + formatda 2013-cü il oktyabr ayının 25-dək [email protected] ünvanına" Google Drive", wetransfer.com, sendspace.com və s vasitəsilə təqdim edilməlidir.
Eyni zamanda e-maildə müəllifin adı və soyadı, yaşı, təhsil aldığı müəssisənin adı, ixtisası, ev ünvanı, əlaqə telefonu qeyd olunmalı, şəxsiyyəti təsdiq edən sənədin foto-surəti də təqdim olunmalıdır.
Təşkilat komitəsi tərəfindən 3 fotonun sahibi qalib kimi seçilərək qiymətli hədiyyə ilə mükafatlandırılacaq.
Rəsm müsabiqəsinin iştirakçıları isə Dövlət Bayrağı Gününə həsr olunmuş, istənilən üsulla çəkilmiş, A2-A3 formatlı, rəngli rəsm işlərini, müəllifin doğum haqqında şəhadətnaməsinin surətini 2013-cü il oktyabr ayının 25-dək Bakı şəhəri, Dövlət Bayrağı Meydanına təqdim etməlidirlər.
Münsiflər heyətinə təqdim edilən rəsm işlərinin arxa tərəfində, aşağı sağ küncündə hündürlüyü 4 sm, eni 10 sm olan ağ sahədə rəsm işinin müəllifinin adı və soyadı, yaşı, ev ünvanı, təhsil aldığı məktəbin nömrəsi və ya adı, sinfi, əlaqə telefonu qeyd edilməlidir.
Təşkilat komitəsi tərəfindən ən yaxşı işlər seçilərək qiymətli hədiyyə ilə mükafatlandırılacaq.
Azərbaycan Respublikasının dövlət rəmzlərinə dair müvafiq qanunvericiliyə, eləcə də müsabiqə şərtlərinə uyğun olmayan şəkillər müsabiqəyə qəbul edilmir.
Qeyd edək ki, təqdim edilmiş işlər geri qaytarılmır və onlara dair bütün müəlliflik hüquqları Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinə məxsusdur.
Əlaqə telefonları: (tel) 012 515-91-90, (mob) 051 385-38-56.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB