Qaradağda yüksək seçki ab-havası mövcuddur

Qaradağda yüksək seçki ab-havası mövcuddur

Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən prezident seçkilərində namizədliyi irəli sürülmüş cənab İlham Əliyevin Qaradağ rayonu üzrə Seçki Qərargahında növbəti seminar müşavirə keçirilib. SİA-nın məlumatına görə, seminarda təbliğat-təşviqat kampaniyası başlayan tarixdən indiyə qədər görülən işlər, vəzifələrin icrası və qarşıda dayanan məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.

Qaradağ Seçki Qərargahının üzvləri seçki prosesinə hazırlığın səviyyəsi, insanların prosesə maraq göstərməsi və ümumilikdə seçki haqqında informasiyaların daha da genişləndirilməsi barəsində fikir, təkliflərini səsləndiriblər: "Ölkədə 1993-cü ildən əsası qoyulan demokratik seçki ənənələri bu günə qədər insanların azad və sərbəst seçim imkanları ilə yadda qalıb. Məhz demokratik prinsiplərin ən vacib hissəsi olan seçki prosesinə dövlətimiz tərəfindən həmişə yüksək səviyyədə maraq göstərilib. Azərbaycanda mövcud olan ictimai-siyasi sabitliyin seçki prosesinə birbaşa təsiri və bunun nəticəsində vətəndaşların heç bir maneə ilə üzləşmədən seçim imkanları əsas şərt kimi önə çəkilib. Ölkəmizdə demokratik seçki mühiti mövcuddur. Seçki Qanunvericiliyinin tələblərinə uyğun olaraq, seçkidə hər bir seçiciyə öz iradəsini ifadə etmək onun səsvermə məntəqəsinə gələrək arzuladığı namizədə dəstək olmasını təmin etmək üçün ölkəmizin hər yerində olduğu kimi YAP Qaradağ rayon Seçki Qərargahında da bütün zəruri imkanlar yaradılıb. Cənab İlham Əliyevin Qaradağ rayonu üzrə Seçki Qərargahı artıq nəzərdə tutulan bütün vəzifələrin icrasını yerinə yetirir. Qanunvericiliyin tələblərinə uyğun olaraq, təbliğata start verilən gündən YAP Qaradağ rayon seçki qərargahı müəyyənləşmiş qrafik üzrə fəaliyyət planına uyğun işləyir. Qərargahın qrafikə uyğun olaraq müəyyənləşmiş üzvləri prosesin tam şəffaf və demokratik prinsiplərə uyğun təşkili istiqamətində fəaliyyətlərini qurub. Eyni zamanda Qaradağ rayon ictimaiyyətinin nümayəndələri, gənclər və könüllülər Seçki Qərargahının işində yaxından iştirak edir və təlimata uyğun addımlar atırlar. Sözsüz ki, YAP Qaradağ rayon Seçki Qərargahında görülən işlər və nəzərdə tutulan vəzifələrin icrası vətəndaşların seçki ilə bağlı ünvanladıqları suallar və onları maraqlandıran məsələlər ətrafında izahat işləri aparılır".

Seminar qarşılıqlı fikir mübadiləsi əsasında yekunlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə