Gənclər Fondunun maliyyə dəstəyi ilə daha bir layihənin reallaşacağı gözlənilir
Gənclər Fondunun elan etdiyi III qrant müsabiqəsinin qaliblərindən biri olan "Həmrəy" Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyi "Region gənclərinin icimai fəallığının artırılması" adlı layihənin icra planına uyğun olaraq, ayının 27-də Qəbələdə, 28-də Oğuzda və 29-da Şəkidə müvafiq tədbirlərin reallaşdırılmasını nəzərdə tutur.
SİA-ya verilən məlumata görə, tədbirin səmərəli keçməsi üçün hazırlıq işləri davam etdirilir.
Seminar-təlimlərin həyata keçirilməsində məqsəd gənclərin ictimai fəallığının artırılması, özünə inam hissinin aşılanması, onlarda zamanın düzgün qiymətləndrilməsi, karyeranın seçilməsi və işgüzar görüşlərdə müvəffəqiyyətin qazanması sahəsində maarifləndirilməsinə dəstək verməkdir.
Layihə çərcivəsində aşağıdakı mövzular ətrafında fikir mübadiləsi aparılacaqdır:
* Özünə inam hissinin inkişafı;
* Zamanın düzgün dəyələndirilməsi;
* Uğurlu karyera quruculuğu;
* Müvəffəqiyyətin sirrinin öyrənilməsi.
Qeyd edək ki, Azərbaycan Respublikasında yaşayan gənclərin həmrəyliyinə nail olmaqla, onlar arasında milli-mənəvi dəyərləri, sağlam həyat tərzini təbliğ etmək, onların bilik və bacarıqlarının artırılmasına yardım etmək və gənclərin inkişafı ilə bağlı həyata keçirilən tədbirlərə dəstək vermək məqsədilə bu ilin 15 mart tarixində təsis edilən "Həmrəy" Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin 1113-Q44-3159 nömrəli qərarı ilə 22 aprel 2013-cü ildə qeydiyyatdan keçmişdir.
Yeni yaradılmasına baxmayaraq, İctimai Birlik bir sıra uğurlara müvəffəq olub. Gənclərin inkişafı ilə bağlı həyata keçirilən bir sıra tədbirlərdə fəal iştirak edib, bəzi tədbirlərə dəstək verib və buna görə diplom, fəxri fərmanlarla mükafatlandırılıb və Azərbaycan Respublikası Gənclər Təşkilatlarının I Milli Konqresində yaxından iştirak edib və şəhadətnamə alıb.
KİV nümayəndələrinin iştirakı arzuediləndir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB