Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsi “AzərRos”la bağlı məlumatı təkzib etdi

Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsi “AzərRos”la bağlı məlumatı təkzib etdi

Bu gün bəzi mətbuat orqanlarında Rusiya Azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyəti - "AzərRos"un diaspor təşkilatları siyahısından çıxarılması ilə bağlı məlumat yayılıb. Onlar həmçinin məlumatın komitə tərəfindən təsdiq olunduğunu da vurğulayıblar.

Məsələ ilə bağlı SİA Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsi (DİDK) ilə əlaqə saxlayıb. Komitə məlumatı təkzib edərək bildirib ki, saytlarda yer alan məlumat heç bir həqiqətə əsaslanmır: " "AzərRos"la bağlı yayılan məlumat yanlışdır. Komitə tərəfindən heç bir sayta belə bir məlumat verilməyib".

Bütün xəbərlər Facebook səhifəmizdə