Külək çinarı iki evin üstünə aşırdı

Külək çinarı iki evin üstünə aşırdı

Gecə saatlarında güclü külək fəsadsız özüşməyib. SİA-nın Şimal bürosunun verdiyi məlumata görə, Xaçmazın Yeni Həyat qəsəbəsi ötən gecə təbii fəlakətin qurbanı olub. Sakinlər küləyin səsindən qorxduqlarından evlərində rahat yata bilməyiblər, gözlədikləri başlarına gəlib. Güclü külək damları və ən əsası isə qoca xan çinarı aşırıb.

Böyük ağac kəndin mərkəzi yolunu bağlayıb. Külək o qədər güclü olub ki, Şakirov Rüstəmin və Əzəlxan Məmmədovun evlərinin damlarını uçurub. Ev sahiblərinin verdiyi məlumata görə, məsələ ilə bağlı FHN-nə də xəbər verilib. Ancaq kəndə gələn olmayıb. Yıxılan ağac qəsəbənin mərkəzi yolunu da bağlayıb.

Artıq gündüz saatlarında hava normasına qayıdıb. İndi Quba və Xaçmaz zonalarında hava isti keçir.

Emin Kərimov

Bütün xəbərlər Facebook səhifəmizdə