Şuranın dəstəyi ilə “MQF seçki koalisiyası” Suraxanı rayonunda

Şuranın dəstəyi ilə “MQF seçki koalisiyası” Suraxanı rayonunda

Milli QHT Forumu (MQF) Seçki Koalisiyası "2013-cü ildə Azərbaycan Respublikasında keçiriləcək Prezident seçkiləri ilə bağlı regionlarda və Bakı şəhərində əhalinin maarifləndirilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi" layihəsi çərçivəsində növbəti tədbirini Suraxanı rayonunda keçirib. SİA-ya verilən xəbərinə görə, təşkil edilən tədbirdə MQF –nin prezidenti Rauf Zeyni, Müstəqil Elmi-Praktik Hüquq Mərkəzinin sədri Aydın Kərimov seçki qanunvericiliyi, seçici hüquqları, seçki prosesində vətəndaş cəmiyyəti institutlarının iştirakı mexanizmi, seçki maarifçiliyi mövzusunda çıxışlar edib, iştirakçıların çoxsaylı suallarını cavablandırıblar. Tədbirin sonunda "MQF Seçki Koalisiyası" nümayəndələri seçiciləri 9 oktyabr Prezident seçkilərində fəal iştirak etməyə çağırıb.

Görüşdə iştirak edən Suraxanı rayon ictimaiyyətinin nümayəndələri qarşıdan gələn prezident seçkilərində fəal iştirak edəcəklərini bildiriblər.

Qeyd edək ki, Milli QHT Forumu "MQF Seçki koalisiyası" tərəfindən icra edilən bu layihə Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə