Gəncənin şərq istiqamətindən girişində Alüminium Zavodunun fəaliyyəti zamanı kimyəvi tullantılar nəticəsində yaranan 3 şlam gölünün torpaqlanması işləri davam edir. SİA-nın bölgə müxbirinin xəbərinə görə, 141 hektar sahədə yerləşən şlam göllərinin 4 ay ərzində təxminən 75%-i və ya 100 hektara yaxın sahəsi rekultivasiya olunub, tullantıların üzərinə 30-50 sm qalınlığında torpaq tökülüb. Əraziyə Gəncə Gil-Torpaq Zavodu tərəfindən 17 mexanizm, 108 nəfər işçi qüvvəsi cəlb edilib. Zavod rəsmiləri bildirib ki, sözügedən işlər yekunlaşdıqdan sonra ərazidə yaşıllıq zolağı salınacaq. Şlam gölləri Alüminium zavodunun 47 illik fəaliyyəti nəticəsində yaranıb və ərazidə 21 milyon tona yaxın tullantı yığılıb.
İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB