Şəmkir rayonunda "Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili" mövzusunda kompleks təlim keçirilib. SİA-nın bölgə müxbirinin xəbərinə görə, təlim zamanı şərti olaraq böyük bir yaşayış massivində fövqəladə hadisə baş verir. Həmin hadisənin fəsadlarını aradan qaldırmaq üçün ərazi ilkin olaraq polis əməkdaşları tərəfində mühafizəyə götürülür. Daha sonra qaz, su və rabitə xidmətinin əməkdaşları öz sahələri üzrə yaranmış problemi aradan qaldırmağa çalışır. Ardınca Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürənləri əraziyə cəlb olunur və fəsadların böyüməməsi üçün qabaqlayıcı tədbirlər həyata keçirilir. Yanğınsöndürənlərlə yanaşı, xilasedicilər də ölən və xəsarət alanları hadisə yerindən təxliyə edib.
Qeyd edək ki keçirilən təlimin əsas məqsədi müvafiq xidmət və strukturlara praktiki vərdişləri aşılamaq olub. Təlimləri rayon İcra Hakimiyyəti aparatının rəhbəri Nazim Veyisov və bir sıra rəsmilər də izləyib.
İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB