Bakıda TRT –nin baş direktoru İbrahim Şahinə fəxri doktor və "Türk Dünyası üstün xidmət" mükafatı təqdim ediləcək. TRT Bakı nümayəndəliyindən SİA-ya verilən məlumata görə, Odlar Yurdu Universiteti və TRT işbirliyi çərçivəsində rektorluq tərəfindən fəxri doktor diplomu TRT baş direktoru İbrahim Şahinə Türk mədəniyyətlərinin dünyaya tanıdılması, Azərbaycanın həqiqətləri olan Dağlıq Qarabağ problemi və Xocalı soyqırımının, hazırlanan xəbər və proqramlarla bütün dünyaya çatdırılmasında, iki ölkə arasında münasibətlərin daha da gücləndirilməsi və genişləndirilməsində göstərdiyi xidmətlərə görə təqdim ediləcək. Bununla yanaşı İbrahim Şahin Azərbaycanın üç qeyri hökumət təşkilatı tərəfindən "Türk Dünyası üstün Mükafatına" layiq görülüb. Azərbaycan Mətbuat Şurası, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İctimai Birliyi, Avrasiya Beynəlxalq Mətbuat Fondu İbrahim Şahini Türk dünyasına göstərdiyi xidmətlərə və TRT AVAZ kanalının iş fəaliyyəti, göstərdiyi nailiyyətləri münasibəti ilə mükafatlandıracaq.
TRT Bakı nümayəndəsi Yüksəl Değercanın verdiyi məlumata görə, TRT baş direktoru İbrahim Şahin sentyabrın 30-da Bakıda Odlar Yurdu Universitetində təşkil olunacaq mərasimdə iştirak edəcək.
Qeyd edək ki, İbrahim Şahin, Atatürk Mərkəzində təşkil olunacaq tədbirlə yanaşı, Azad Azərbaycan Televiziyası (ATV) ilə iş birliyi protokolu da imzalayacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB