"Sentyabrın 27-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər saatlarında yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı istisna olunmur. Arabir güclənən cənub-qərb küləyi əsəcək". Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun şöbə rəisi Kəmalə Həşimova SİA-ya açıqlamasında belə deyib. O bildirib ki, sabah paytaxtda və yarımadada havanın temperaturu gecə 15-18, gündüz 22-26 dərəcə isti olacaq.
Şöbə rəisi qeyd edib ki, Azərbaycanın bölgələrində hava əsasən yağmursuz olacaq. Lakin gecə və səhər ölkənin cənub zonasında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var: "Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu aran rayonlarında gecə 13-18, gündüz 25-30, dağlarda gecə 6-11, gündüz 16-21 dərəcə isti müşahidə olunacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB