"İşsizliyin səviyyəsi 5%-ə, yoxsulluğun səviyyəsi isə 6%-ə endirilib"
"Azərbaycanda əmək mühafizəsinin pozulması nəticəsində nə qədər bədbəxt hadisənin baş verməsi ilə bağlı statistika hazırlanır. Eyni zamanda, statistikada əsasən əmək qanununun pozulması, qeyri-qanuni işdən azad olunmalar, məhkəmə və ya digər vasitələrlə işə bərpa olunma təhlil olunub və bunun üçün toplantı keçiriləcək". SİA-nın məlumatına görə, bunu Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, millət vəkili Səttar Mehbalıyev jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, AHİK əməyin mühafizəsi istiqamətində bir sıra tədbirlər həyata keçirir: "Sovet dövründə mütəmadi olaraq iş yerlərində əməyin mühafizəsi ilə bağlı ildə iki-üç dəfə yoxlamaların aparılması ilə yanaşı, maarifləndirmə tədbirləri də həyata keçirilirdi. Əməyin mühafizəsi insanları düşündürən ən mühüm məsələlərdən biridir. Hazırda da bu cür tədbirlər davam etdirilir".
S.Mehbalıyev bildirib ki, iş yerlərində vaxtında təhlükəsizlik qaydalarına riayət edilmədikdə, bədbəxt hadisələr baş verir və bu hadisələr vətəndaşların narahatlığına səbəb olur.
AHİK sədri yenidən sahibkarlara müraciət edərək bildirib ki, hər kəs iş yerlərində bədbəxt hadisələrin baş verməməsi üçün təhlükəsizlik qaydalarına riayət etməli, qabaqlayıcı tədbirlər həyata keçirməli, işçilər üçün normal iş şəraiti qurulmalıdır: "Azərbaycanda əməyin mühafizəsi ilə bağlı beynəlxalq təşkilatlarda lazım olan konvensiyalara qoşulub və bunu qəbul edib. Bunun üçün AHİK-ə üzv olan bütün təşkilatlar və o cümlədən müvafiq dövlət qurumları (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və digər qurumlar) maarifləndirmə tədbirlərini davam etdirir".
S. mehbalıyev onu da əlavə edib ki, bu gün Azərbaycanda işsizliyin səviyyəsi 5%-ə, yoxsulluğun səviyyəsi isə 6%-ə endirilib: "Azərbaycan müstəqillik əldə etdikdən sonra inkişaf etməyə başlayıb: "Azərbaycan bu gün BMT Təhlükəsizlik Şurasının üzvüdür. 1994-cü ildə "Əsrin Müqaviləsi"nin imzalanması ilə enerji sahəsində yeni addımlar atılıb. Ölkəmizdə hər il yeni-yeni məktəb binaları tikilir, uşaqlarımızın təhsili, sağlam vətəndaş kimi yetişdirilməsi üçün hərtərəfli şərait yaradılır. Azərbaycanın 20 faiz torpaqlarının Ermənistan tərəfindən işğal olunması nəticəsində 1 milyondan artıq vətəndaşımız doğma yurd-yuvasından didərgin düşüb, minlərlə təhsil müəssisəsi işğalçılar tərəfindən dağıdılıb".
Sədrin sözlərinə görə, respublikamız inkişaf etdikcə, həmkarlar ittifaqları da inkişaf edir: "Bu gün AHİK 26 sahə həmkarlar ittifaqı, 18 610 həmkarlar qurumları ilə birgə fəaliyyət göstərir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB