"Mərkəzi-Şərqi Avropa ölkələrində təhsilin mövcud vəziyyəti"

"Mərkəzi-Şərqi Avropa ölkələrində təhsilin mövcud vəziyyəti"

Bu gün Bakıda Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin ev sahibliyi ilə Təhsil üzrə Avropa Həmkarlar İttifaqı Birliyinin "Mərkəzi-Şərqi Avropa ölkələrində təhsilin mövcud vəziyyəti" mövzusunda dəyirmi masa keçirilib. SİA-nın məlumatına görə, hər iki ildən bir keçirilən bu tədbir sonuncu dəfə 2011-ci ildə Ukraynanın paytaxtı Kiyevdə keçirilib.

Mərkəzi-Şərqi Avropanın, eləcə də Asiyanın 25 ölkədə təhsil üzrə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatlarından 72 nümayəndənin iştirak etdiyi dəyirmi masanın açılış mərasimində Təhsil üzrə Avropa Həmkarlar İttifaqı Birliyinin direktoru Martin Romer, təhsil naziri Mikayıl Cabbarov və Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev çıxış edərək tədbir iştirakçılarına dəyirmi masanın mahiyyətini çatdırıblar.

İclasın birinci günündə "İqtisadi idarəçiliyin Avropada təhsil sektoruna təsiri", "Böhranın müəllimlik sənətinə təsiri və digər mövzularda məruzələr dinlənilib, müzakirələr aparılıb.

Qeyd edək ki, dəyirmi masa öz işini iki gün davam etdirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə