Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası qrafikə uyğun olaraq Şəmkir rayonunda yüksək səviyyədə davam etdirilir. SİA-nın verdiyi məlumata görə, bu gün YAP Şəmkir rayon təşkilatı təbliğat-təşviqat kompaniyası çərçivəsində Şəmkir şəhərində seçicilərlə görüş keçirib. Tədbirdə yeddi minə yaxın seçici iştirak edib.
Tədbirdə YAP İcra katibinin müavini, millət vəkili, Prezidentliyə namizəd cənab İlham Əliyevin səlahiyyətli nümayəndəsi Mübariz Qurbanlı, Bakı Slavyan Univeristetinin prorektoru, millət vəkili Sahibə Qafarova, Azərbaycan Tibb Univeristetinin kafedra müdiri, elmlər doktoru, professor Vaqif Şadlinski, sərbəst güləş üzrə Azərbaycan Milli komandasının baş məşqçisi, Şöhrət ordenli, Əməkdar məşqçi Firdovsi Umudov, şair-publisist Taleh Həmid, YAP Şəmkir rayon təşkilatının sədri, Seçki Qərargahının Şəmkir rayon şöbəsinin sədri Fəxrəddin Vəliyev və digərləri iştirak ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB