Naqif Həmzəyev: “İlham Əliyevin uğurları dünya üçün nümunə, Azərbaycan üçün qürurdur!”

Gəncədə Prezidentliyə namizəd cənab İlham Əliyevin təbliğat–təşviqat kampaniyası uğurla davam edir
Naqif Həmzəyev: “İlham Əliyevin uğurları dünya üçün nümunə, Azərbaycan üçün qürurdur!”

Yeni Azərbaycan Partiyası tərəfindən Prezidentliyə namizədliyi irəli sürülmüş cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyası Gəncə şəhər Təşkilatı tərəfindən təşkil edilmiş növbəti təbliğat–təşviqat kampaniyası bu gün Gülüstan yaşayış sahəsində 4 saylı binanın qarşısındakı məhəllədə keçiridi. Görüşdə YAP Gəncə şəhər Təşkilatının sədri Naqif Həmzəyev, Təşkilatın İdarə Heyəti və Şura üzvləri, təbliğat – təşviqat qrupunun üzvləri, partiya fəalları, ictimaiyyətin nümayəndələri və seçicilər iştirak etdilər.

Tədbirə böyük həvəslə, yüksək əhval – ruhiyyədə toplaşan seçicilərin əllərində tutduqları plakatlarda yazılmışdır: "Yaşasın güclü və qüdrətli Azərbaycan!", "Sülhün və əmin – amanlığın qarantı cənab İlham Əliyevdir!", "Eşq olsun, milyonların partiyası Yeni Azərbaycan Partiyasına!", "Daha xoşbəxt və parlaq gələcəyimizə doğru İlhamla irəli!". Bu sözlər artıq öz seçimlərini edən gəncəlilərin 9 oktyabr Prezident seçkilərində də qərarlarında israrlı olduqlarını, ölkəmizdə olduğu kimi, Gəncədə də geniş vüsətli tərəqqinin, abadlıq – quruculuq işlərinin, insanların firavan həyatının davamlılığına səs verəcəklərini isbatlayırdı.

Tədbiri giriş sözü ilə YAP Gəncə şəhər Təşkilatının sədri Naqif Həmzəyev açdı və dedi: "Hər bir ölkədə demokratik seçkilər o ölkənin mühüm göstəricilərindən biridir və bəzən seçki proseslərinə görə həmin ölkəyə münasibət sərgilənir. Azərbaycan azad seçkiyə, demokratik dəyərlərə yüksək qiymət verən ölkələrdəndir. Biz həm Prezident seçkilərində, həm də parlament və bələdiyyə seçklərində bunun dəfələrlə şahidi olmuşuq. Azərbaycan xalqı demokratik, azad , şəffaf seçkilərə gedib və layiqli namizədə səs verib. Hakimiyyətin mənbəyi xalq olduğundan, xalq da düzgün seçim edib. Xalqımız ulu öndər, müstəqil Azərbaycan dövlətinin memarı Heydər Əliyevi ölkə Prezidenti seçib və bu gün də ümumilli liderin müdrik siyasi kursu Azərbaycanı dünyaya tanıdan, ölkənin sürətli dinamik inkişafını təmin edən, xarici və daxili siyasətdə çox böyük uğurlar qazanan cənab İlham Əliyev tərəfindən layiqincə davam etdirilir.

Sosioloji sorğuların nəticələrinə görə, 9 oktyabr seçkilərində əhalinin 80 faizindən çoxu cənab İlham Əliyevi dəstəkləyəcək. Ona görə ki, cənab İlham Əliyevin hakimiyyəti dövründəki Azərbaycan hərtərəfli inkişafa, daxili sabitliyə, kosmik sənayeyə, insanlar üçün firavan həyata, işsizliyin və yoxsulluğun aradan qaldırılmasına nail olmuşdur. Bu uğurlar Azərbaycan Prezidentinin dövlətçilik

bacarığının və rəhbərlik qabiliyyətinin nəticəsidir. Ona görə də, Azərbaycan xalqı cənab İlham Əliyevin apardığı uğurlu siyasəti dəstəkləyir, ölkənin seçdiyi yolun dəyişməyəcəyinə inamlarını bildirirlər. Respublika əhalisi hakimiyyətdən, onun həyata keçirdiyi siyasətdən razıdırsa, hakimiyyət nə üçün dəyişməlidir? Azərbaycanın son on ildəki hərtərəfli inkişafı və bu sahədə ölkə Prezidenti cənab İlham Əliyevin düşünülmüş, uğurlu siyasəti və məqsədyönlü fəaliyyəti möhtərəm Prezidentimizin qələbəsini təmin edəcəkdir. Tam qətiyyətlə bildiririk ki, ölkə başçısı cənab İlham Əliyev yenə də ümumxalq dəstəyi ilə seçki marafonunun qalibi olacaq. Cənab İlham Əliyevin uğurları dünya üçün nümunə, Azərbaycan üçün qürurdur!

Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin yorulmaz və fədakar fəaliyyətinin bəhrələrini, nəhəng tikinti, abadlıq – quruculuq işlərini Azərbaycanın hər bir şəhər və rayonunda görmək mümkündür. Uzağa getmək lazım deyil. Gündən – günə müasirləşən və çiçəklənən Şeyx Nizami yurdu Gəncənin gözəl mənzərəsinə baxmaq kifayətdir. Bu gün cənab Prezidentimizin seçki təbliğatının seçicilərlə növbəti görüşünü keçirdiyimiz elə Gülüstan qəsəbəsi də müasir, yaraşıqlı görkəmi ilə gözlərimiz qabağındadır. Burada "İstiqlal" parkı yenidən qurulur, M. Ş. Vazeh və Əziz Əliyev adına yeni parklar salınır. Sakinlərin nəqliyyat problemi həll olunub, Göygöldən qəsəbəyə su çəkilib, bütün ailələr yaxın günlərdə içməli su ilə təmin olunacaqlar. Gülüstan qəsəbəsi ilə Göygöl rayonunun birləşdiyi məsafədə skver salınaraq memarlıq elementi tikilmişdir. Gəncəlilərin "Üç bulaq" kimi tanıdıqları memarlıq kompleksində "On bulaq" tikilməkdədir. Qəsəbənin, hətta evlərin belə kanalizasiya sistemi yenidən qurulub. Prospekt, küçə və obyektlərin ətrafındakı köhnə hasarlar yenidən bərpa və təmir olunaraq aqlay üzlüklərlə bəzədilmişdir. Mövcud binaların dam örtükləri dəyişdirilmiş, küçələr, yollar genişləndirilmişdir. İnsanlar üçün yaradılan hər şey rahatlıq, firavanlıq, sağlamlıq deməkdir. Bu dəyərli töhfələri bizə bəxş edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, ölkə başçısının bütün göstəriş və tapşırıqlarını layiqincə yerinə yetirən onun səlahiyyətli nümayəndəsi, Gəncə şəhər İcra Hakimiyyətinin başçısı hörmətli Elmar Vəliyevə dərin minnətdarlığımızı bildirir, gəncəlilərə göstərilən diqqət və qayğını əməli işlərimizdə şərəflə doğruldacağımıza söz veririk.

Təbliğat – təşviqat görüşləri başladığı gündən indiyə kimi on minlərlə seçici bu tədbirlərdə iştirak edib, həyatımızın bütün sahələrində əldə olunan nailiyyətlərə, Gəncəyə və gəncəlilərə ölkə rəhbərliyi tərəfindən göstərilən diqqət və qayğıya görə Prezident seçkilərində cənab İlham Əliyevə səs verəcəklərini bəyan edirlər. Möhtərəm Prezidentimiz hər bir Azərbaycan vətəndaşının məhəbbət və rəğbətini doğma xalqına göstərdiyi misilsiz xidmətləri, səmimi münasibətilə qazanmışdır.

Cənab İlham Əliyev bizim alternativsiz liderimizdir və növbəti 5 illikdə yenə də Prezidentimiz olacaq!

Təbliğat – təşviqat qrupunun üzvlərindən YAP Gəncə şəhər Təşkilatının sədr müavinləri ADAU – nun rektoru İbrahim Cəfərov, müəllimləri Arif Qazıyev, Qurban Əliyev, GDU – nun rektoru Yadigar Əliyev, prorektoru Pərvin Kərimzadə çıxışlarında vurğuladılar ki, ulu öndər Heydər Əliyev 1993 – cü ildə yenidən hakimiyyətə qayıdaraq, öz ölkəsini və xalqını fəlakətlərdən, parçalanmaqdan xilas etdi. Özünə tayı – bərabəri olmayan abidə, əsrlər boyu yaşayacaq əbədi abidə yaratdı. Bu abidənin adı Azərbaycandır, tərəqqi edən yeni, xoşbəxt Azərbaycandır. Ölkəmizin bu günkü və gələcək nəsillərinin ulu öndərin şərəfli adı və ölməz ruhu qarşısında müqəddəs borcu onun şah əsəri olan müstəqil Azərbaycan dövlətinin çiçəklənməsi, xalqımızın rifahı naminə fədakarlıqla çalışmaq, dövlətçiliyimizə, milli birliyimizə sədaqətlə xidmət göstərməkdir. Məhz bu gün hər bir ölkə vətəndaşı bu sözləri qürurla deyir: "Mən fəxr edirəm ki, azərbaycanlıyam!"

Tarixin çətin və ağır sınaqlarından ibrət dərsi götürməyən müxalifətin radikal qüvvələri "xalq bizimlədir, dəstəkçimiz xalqımızdır" bəhanələri ilə 15-ə yaxın təşkilat yaradıb, lakin eyni məğlub aqibətlə qarşılaşıblar. Necə deyərlər - toplananların yerini dəyişməklə cəm dəyişmir. Çox güman ki, dağıdıcı müxalifət düşərgəsi bu qızıl qaydadan xəbərsizdirlər.

Seçimini 1993-cü ildə edən müdrik xalqımız Qurtuluşdan başlanan yola ulu öndərin müdrik siyasi kursunun layiqli davamçısı cənab İlham Əliyevin rəhbərliyi ilə davam etmək istəyir və Azərbaycanın parlaq gələcəyi naminə səslərini birmənalı şəkildə cənab Prezidentə verəcəklərini bəyan edirlər. Qurtuluşdan quruculuğa, quruculuqdan intibaha, intibahdan müasir inkişafa gətirib çıxaran bu seçim hələ çox zəfərlərə, uğurlara yol açacaq!

Seçicilər Süleyman Piriyev, Xalidə Sadıqova, Vüqar Mehdiyev, Pakizə İbrahimova, Fərhad İsgəndərov, Qasımova Svetlana, Tural Verdiyev çıxışlarında son illər Gəncədə çox nəhəng işlərin, irimiqyaslı beynəlxalq tədbirlərin həyata keçirilməsinin, insanların sosial durumunun köklü şəkildə dəyişməsinin şahidi olduqlarını dedilər. Aparılan abadlıq-quruculuq işlərinin davam etdirilməsi, şəhərin sənaye, elm, turizm potensialının genişləndirilməsi, eləcə də infrastruktur layihələrin reallaşdırılması qədim Gəncənin hərtərəfli inkişafına öz töhfəsini verib. Şəhər əhalisinin rifah halının yaxşılaşdırılması üçün açılan yeni iş yerləri, əsaslı təmir olunan yaşayış massivləri, istifadəyə verilən sosial və istirahət obyektləri bunun bariz nümunəsidir. Gəncə bu gün dünyanın ən gözəl şəhərlərindən biridirsə, 5 ildən sonra daha gözəl olacaq. Biz də müasirliyin, yeniliyin davam etməsini

istəyirik. İstəyimizə də sevimli Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə nail olacağıq.

Bütün xəbərlər Facebook səhifəmizdə