Oktyabrın 9-da keçiriləcək Prezident seçkiləri öncəsi Yeni Azərbaycan Partiyasının (YAP) təbliğat-təşviqat kampaniyası çərçivəsində YAP Lerik rayon təşkilatının təbliğat qrupu üzvləri rayonun Mastayıl, Murya, Nısamurya kəndlərində seçicilərlə görüş keçirib. SİA-nın məlumatına görə, tədbirdə YAP Lerik rayon təşkilatının seçki qərargahının sədri Elxan Qənbərov, təbliğat qrupunun üzvləri Hüseynbala Əliyev və Elman Rəcəbov iştirak ediblər.
Tədbirdə çıxış edən YAP Lerik rayon təşkilatının sədri Elxan Qənbərov son illər Respublikanın hər yerində olduğu kimi, Lerik rayonunda da cənab İlham Əliyevin qayğı və diqqəti ilə həyata keçirilən tikinti-quruculuq, abadlıq işləri haqqında geniş məlumat verib.
Tədbir iştirakçıları da çıxış edərək həmişə xalqın qayğısına qalan Ulu öndərin layiqli davamçısı, YAP-ın prezidentliyə namizədi İlham Əliyevin alternativi olmayan namizəd olduğunu qeyd ediblər. Bütün xalq yalnız İlham Əliyevə səs verəcək!
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB