Oktyabrın 9-da keçiriləcək prezident seçkiləri öncəsi Yeni Azərbaycan Partiyasının (YAP) təbliğat-təşviqat kampaniyası çərçivəsində respublikanın müxtəlif rayonlarında keçirilən kütləvi tədbirlər plana uyğun olaraq davam edir. SİA-nın məlumatına görə, bu tədbirlər çərçivəsində YAP İdarə Heyətinin üzvü, Neftçala rayonundan Milli Məclisə deputat seçilmiş Arif Rəhimzadə, YAP Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə və YAP Neftçala rayon təşkilatının sədri Anar Cəfərovun iştirakı ilə rayonun Qırmızıkənd kəndinin seçiciləri ilə görüş keçirilib.
Sonda çıxış edən Qırmızıkənd ağsaqqalları və ziyalılar bildiriblər ki, 20 ilin tarixdə az bir müddət olmasına baxmayaraq Ulu öndər Heydər Əliyevin başladığı, İlham Əliyevin isə uğurla davam etdirdiyi uzaqgörən siyasət nəticəsində Azərbaycan dünyamiqyaslı bir ölkəyə çevrilib. Bu inkişafın davamlı olması üçün bizlər İlham Əliyevi dəstəkləyirik və 9 oktyabrda onun yenidən prezident olacağına inanırıq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB