Bu gün Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən prezidentliyə namizədliyi irəli sürülmüş cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində Astara rayonunun Kolatan kənd seçiciləri ilə görüş keçirilib. SİA-nın məlumatına görə, görüşdə çıxış edən YAP Astara rayon təşkilatının sədri Firudin Əhmədov seçiciləri uğurlu gələcək naminə İlham Əliyevə səs verməyə çağırıb.
Daha sonra çıxış edən kənd ziyalıları Aydın Hüseynov, Tərlan İbadov, Səmilə Bağırova kənd seçicilərinin həmişə seçkilərdə fəal olduqlarını, 9 oktyabr prezident seçkisində seçimlərinin cənab İlham Əliyev olduğunu bildiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB