Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatı prezident seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində tədbirlərini uğurla davam etdirir. SİA-nın məlumatına görə, tədbirlər çərçivəsində bu gün Nərimanov rayon ağsaqqalları ilə görüş keçirilib. Görüşdə çıxış edən YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev rayon ağsaqqalarını seçkilərdə fəal iştirak etməyə çağırıb.
Akademik Vasim Məmmədəliyev Ulu öndər Heydər Əliyev tərəfindən müasir Azərbaycanın güclü təməlinin qoyulduğunu bildirib. O qeyd edib ki, məhz Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət nəticəsində ölkəmiz uğurla inkişaf edir. Prezident İlham Əliyevin siyasəti nəticəsində ölkəmizin uğurlarının daha da artdığını deyən akademikin fikrincə, bu gün iqtidarla xalq arasında güclü birlik var: "Bu da Prezident İlham Əliyevin fəaliyyətinin nəticəsidir. Cənab İlham Əliyev Azərbaycana uğurla rəhbərlik edir. Bu gün Prezidentimizə xalqımızın böyük rəğbəti, inamı var. Xalqımız bu seçkilərdə də cənab İlham Əliyevə səs verməyə hazırdır. Mən həmişə insanların arasında oluram və onların fikirlərini bilirəm. Seçkilərdə Prezidentimizin növbəti dəfə qələbə qazanacağı şübhəsizdir. Sadəcə, ağsaqqallar insanları fəal olmağa çağırmalı, onları seçkilərdə iştiraka dəvət etməlidirlər".
Tədbirdə çıxış edən YAP İdarə Heyətinin üzvü, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov Prezident İlham Əliyevin rəhbərliyi ilə son 10 ildə Azərbaycanın qazandığı uğurlardan ətraflı şəkildə bəhs edib.
YAP Siyasi Şurasının üzvü, professor Vilayət Əliyev, Milli Məclisin deputatı Adil Əliyev də çıxış edərək seçiciləri cənab İlham Əliyevə səs verməyə çağırıblar.
Görüş iştirakçıları da 9 oktyabr seçkilərində cənab İlham Əliyevə səs verəcəklərini vurğulayıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB