Bu gün "ASAN xidmət"lərdən yararlanan 500 000-ci vətəndaş müəyyən edilib. SİA-nın məlumatına görə, Sumqayıt şəhər sakini Əflatun Hüseynxanlı Sumqayıt "ASAN xidmət" mərkəzinə şəxsiyyət vəsiqəsinin dəyişdirməsi ilə bağlı müraciət edib və müvafiq xidmətdən yararlanıb.
Əflatun Hüseynxanlıona və ailə üzvlərinə "ASAN xidmət" mərkəzində göstərilən yüksək xidmətdən razı qalıb və 500 000-ci vətəndaş olduğundan sevinc hissi duyduğunu bildirib.
Qeyd edək ki, hazırda 4 "ASAN xidmət" mərkəzi fəaliyyət göstərir. Onlardan 3-ü Bakı, digəri isə Sumqayıt şəhərindədir.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB