İcra Hakimiyyətinin başçısı Kənarmeşə kəndində görüş keçirib FOTO
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov növbəti səyyar qəbul-görüşünü sentyabrın 25-də Kənarmeşə kəndində keçirib. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, görüşdə İcra başçısının müavinləri, İcra Aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, bir sıra aparıcı idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak ediblər.
Lənkəran ŞİH başçısının Kənarmeşə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Sahil Quliyev məlumat verərək bildirib ki, nümayəndəlik Kənarmeşə, Seydəkəran və Şilim kəndlərini əhatə edir. 657 təsərrüfatda 2743 nəfər əhali yaşayır.
Sonra kənd sakinlərindən Fayaz Qasımov, Ülviyyə Əliyeva, Faiq Səfərov və başqaları çıxış edərək ürək sözlərini söyləyiblər, bu gün əraziyə 20 illik fasilədən sonra təbii qazın yenidən verilməsi ilə əlaqədar dövlət başçımız möhtərəm İlham Əliyevə minnətdarlıqlarını bildiriblər, Azərbaycan Prezidentinin daxili və xarici siyasətini yekdilliklə bəyəndiklərini söyləyiblər, ölkə başçımızın Lənkəran rayonuna göstərdiyi diqqət və qayğını yüksək qiymətləndiriblər, oktyabr ayının 9-da keçiriləcək növbəti prezident seçkilərində cənab İlham Əliyevə bir nəfər kimi səs verəcəklərini xüsusi vurğulayıblar.
Çıxışlarda 800 metrlik kəndara yolunun asfaltlaşdırılmasını, Kənarmeşə kənd tam orta məktəbinin əsaslı təmirə ehtiyacı olduğunu və kənddə həkim məntəqəsinin inşa edilməsinin vacibliyini İcra başçısının diqqətinə çatdırıblar.
Görüşü yekunlaşdıran Lənkəran ŞİH başçısı Taleh Qaraşov nitqində Azərbaycanın sürətli inkişafından, inkişaf etməkdə olan dövlətlər sırasında ölkəmizin layiqli yer tutmasından, qazanılmış iqtisadi uğurların ölkə vətəndaşlarının rifah halının daha da yaxşılaşmasına yönəlməsindən ətraflı bəhs edib.
İcra başçısı həmçinin rayonumuzda çoxsaylı layihələrin, dövlət proqramlarının sürətlə icra edildiyini diqqətə çatdırıb, lənkəranlıların möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rayonumuza göstərdiyi yüksək diqqət və qayğıya əməli işləri ilə cavab verəcəklərinə əminliyini ifadə edib.
Taleh Qaraşov sonda bugünkü görüş zamanı irəli sürülən təkliflərin yerinə yetiriləcəyini əminliklə söylədi və müvafiq strukturların rəhbərlərinə konkret tapşırıqlarını verib.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB