"Əlliliyi olan şəxsin prezident vəzifəsinə seçilmək istəyi Azərbaycan qanunvericiliyinə ziddir". SİA-nın xəbərinə görə, bu fikirləri hüquq elmləri doktoru Mayis Əliyev keçirdiyi mətbuat konfransında səsləndirib. O bildirib ki, Azərbaycan qanunvericiliyinə əsasən əlilliyi olan şəxslərə, xüsusilə onların iş fəaliyyətləri ilə bağlı müəyyən imtiyazlar və güzəştlər edilir: "Belə ki, Əmək Qanunvericiliyinə əsasən əlilliyi olan şəxslər digərlərindən fərqli olaraq həftə ərzində 40 saat deyil, 36 saat işləyir, lakin normal iş saatının əməkhaqqısı ilə təmin olunurlar. Həmçinin məzuniyyət müddəti il ərzində normalda 21 və 30 təqvim günü olduğu halda, əlliliyi olan şəxslər üçün bu təqvim 42 gün təşkil edir. Qeyd olunan səbəblərdən də məlum olur ki, əlliliyi olan şəxsin prezident vəzifəsinə seçilmək istəyi Azərbaycan qanunvericiliyinə ziddir. Çünki ölkə prezidenti eyni zamanda Azərbaycanın Ali Baş Komandanı vəzifəsini icra edir. ƏIlilliyi olan şəxs isə Ali Baş Komandan vəzifəsini icra edə bilməz".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB