Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov növbəti səyyar qəbul-görüşünü sentyabrın 24-də Şürük kəndində keçirib. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, görüşdə İcra başçısının müavinləri, İcra Aparatının rəsmiləri, hüquq-mühafizə orqanlarının, bir sıra aparıcı idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak ediblər.
Görüşü giriş sözü ilə açan İcra başçısının Şürük kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Rasim Ağayev nümayəndəliyə Şürük, Tütəpeştə, Türkəkəran və Moğonojoba kəndlərinin daxil olduğunu, 1150 təsərrüfatda 3950 nəfər əhalinin yaşadığını söylədi. Ərazidə aparılan səliqə-sahman işləri barədə məlumat verib.
Ayrı-ayrı kənd sakinlərindən Vidadi Əsədov, İldırım Vəliyev, Saleh Cəfərov, Daşdəmir Abbasov və başqaları çıxış edərək ilk növbədə möhtərəm Prezidentimizin müvafiq Sərəncamına əsasən Şürük-Vel-Qamışovka avtomobil yolunun əsaslı surətdə yenidən qurulması və asfaltlaşdırılması ilə əlaqədar dövlət başçımıza minnətdarlıqlarını bildiriblər, oktyabrın 9-da keçiriləcək prezident seçkilərində cənab İlham Əliyevin namizədliyini yekdilliklə dəstəkləyəcəklərini əminliklə söyləyiblər.
Sonra bir neçə sakin şəxsi xahişi ilə İcra başçısına müraciət edib.
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov səyyar qəbul-görüşü yekunlaşdıraraq son 10 ildə respublikamızda sosial-iqtisadi sahədə qazanılmış uğurlardan ətraflı bəhs edib, sosial problemlərin cənab Prezidentin siyasətinin əsasını təşkil etdiyini bildirib, Ulu Öndər Heydər Əliyev məktəbində yetişmiş və formalaşmış cənab İlham Əliyevin hazırda Ümummilli Liderin siyasətini uğurla davam etdirdiyini, ölkəmizdə möhkəm ictimai-siyasi sabitliyin yaradıldığını və bu sabitliyi qoruyub saxlamağın vacibliyini diqqətə çatdırdı, ölkə vətəndaşlarının təhlükəsizliyinin tam təmin olunduğunu xüsusi vurğulayıb, Azərbaycanın demokratik və hüquqi dövlət olduğunu söyləyib.
İcra başçısı son 1 il ərzində dövlət başçımız tərəfindən Lənkəran rayonunun sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsinə dair imzaladığı sərəncamlardan irəli gələn vəzifələrin rayonumuzda hazırda uğurla icra edilməsindən, bunun möhtərəm Prezidentimizin Lənkərana və lənkəranlılara göstərdiyi diqqət və qayğının təzahürü olduğundan danışıb, Lənkəranda yeni infrastruktur layihələrin müvəffəqiyyətlə yerinə yetirildiyini bir daha diqqətə çatdırıb.
Taleh Qaraşov sonda bugünkü görüş zamanı qaldırılan təkliflərin icrası üçün əlaqədar təşkilat rəhbərlərinə konkret tapşırıqlarını verib.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB