Müdafiə naziri səfirlərlə görüşüb

Müdafiə naziri səfirlərlə görüşüb

Bu gün Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev İtaliya Respublikasının və Böyük Britaniya Birləşmiş Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfirləri Campaolo Kutillonu və İrfan Siddiqi qəbul edib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, görüşlər zamanı hər iki ölkənin Azərbaycana yeni təyin olunmuş səfirlərini təbrik edən müdafiə naziri hərbi əməkdaşlığın dərinləşdirilməsi və hərbi təhsil sahəsində əldə edilmiş razılaşmaların inkişaf etdirlməsinin zəruriliyini bildirib.

Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar regionda mövcud gərgin hərbi-siyasi vəziyyət barədə də fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, görüşlərdə İtaliya Respublikası və Böyük Britaniya Birləşmiş Krallığının Azərbaycandakı hərbi atteşeləri iştirak ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə