ATGTİ və AYOL arasında memorandum imzalanıb

ATGTİ və AYOL arasında memorandum imzalanıb

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) və Litva Azərbaycanlı Gənclər Təşkilatı (AYOL) arasında əməkdaşlığa dair memorandum imzalanıb. SİA-ya verilən məlumata görə, imzalanan memoranduma əsasən hər iki ölkədə azərbaycanlı və litvalı gənclərin forumlarının keçirilməsi, litvalı gənclərə Qarabağ həqiqətlərinin çatdırılması üçün təhsil, mədəniyyət sahəsində birgə layihələrin keçirilməsi nəzərdə tutulur.

Tərəflər memorandumu Litvada Avropa Tələbələr Birliyinin 26-cı konqresində iştirak edən ATGTİ-nin Beynəlxalq əlaqələr departamentinin direktoru Toğrul Məmmədli və mətbuat xidmətinin rəhbəri Hüseyn İsmayılov AYOL-un qərargahında qonaq olan zaman imzalayıblar.

Qeyd edək ki, görüş çərçivəsində AYOL-un sədri Samir Musayev ATGTİ-nin nümayəndələrinə AYOL-un həyata keçirdiyi layihələr barəsində ətraflı məlumat verib, təşkilatın gələcək fəaliyyətindən danışıb və ATGTİ ilə Litvanın yerli gənclər təşkilatları ilə sıx əməkdaşlıqlarının qurulması üçün yeni ideyalar müzakirə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə