3 milyona yaxın vətəndaş mərkəzləşmiş qaydada içməli su ilə təmin olunur
On il əvvəl Bakı şəhərində 1 milyon 560 min sakin mərkəzləşmiş qaydada içməli su ilə təmin olunurdusa, hazırda bu rəqəm 2 milyon 366 min nəfər təşkil edir. Bu, özünü istehlak olunan suyun həcmində də göstərir.
Bu sözləri "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov deyib. Bildirib ki, əgər 2003-cü ildə Bakı şəhəri və Abşeron yarımadasına müxtəlif mənbələrdən 564 milyon kubmetr su verilmişdisə, 2012-ci ildə bu göstərici 23 faiz artaraq 696 milyon kubmetrə yüksəlib. 2011-2013-cü illər ərzində Bakı şəhəri və onun qəsəbələrində həyata keçirilmiş layihələr nəticəsində daimi içməli su alanların sayı 600 min nəfər artıb. Ən son məlumatlara görə, Bakı şəhəri və onun qəsəbələrində 1 milyon 485 min sakin gündə 24 saat fasiləsiz su ilə təchiz olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB