BDM GT İlham Əliyevin 10 illik fəaliyyətinə həsr olunmuş tədbir keçirib
Beynəlxalq Diaspor Mərkəzinin Gənclər Təşkilatının (BDM GT) təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 10 illik fəaliyyətinə həsr olunmuş tədbir keçirilib. SİA-ya verilən məlumata görə, tədbiri giriş sözü ilə açan BDM GT-nın sədri Rza Abduləzizov son 10 ildə Azərbaycana rəhbərlik edən İlham Əliyevin ölkənin həyatını əhatə edən bütün sahələrdə, o cümlədən gənclər siyasəti sahəsində həyata keçirdiyi fəaliyyətlər haqqında danışıb. Daha sonra tədbirdə iştirak edən respublikanın fəal tələbə gəncləri ölkəmizin ictimai-siyasi, sosial və mədəni həyatında əsas aparıcı qüvvə olan gənclərin prezident İlham Əliyevin diqqət və qayğısını daim hiss etdiklərini vurğulayıblar. Tədbir iştirakçıları 9 oktyabr 2013-cü ildə keçiriləcək prezident seçkilərində cənab İlham Əliyevin namizədliyini dəstəkləyəcəklərini açıqlayıblar. Eyni zamanda gənclərin tədbirində BDM sədri İsmayıl Ağayev, BDM-nin sədr müavini Samir Adıgözəlli, BDM sədrinin müşaviri Koroğlu Qasımov, BDM Rusiya təmsilçisi Ələmdar Nəbiyev çıxış edərək ölkə həyatı üçün mühüm hadisə olan prezident seçkilərində Azərbaycan gənclərinin xüsusilə xaricdə yaşayan tələbələrimizi daha fəal olmağa və cənab prezident İlham Əliyevin ətrafında sıx birləşməyə çağırıblar.
Sonda BDM GT xaricdə təhsil alan və yaşayan gənclərimizin seçkilərdə İlham Əliyevi dəstəkləmələri ilə bağlı müraciət qəbul edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB