"Biz İlham Əliyev siyasətini bəyənirik və səsimizi ona verəcəyik"

"Biz İlham Əliyev siyasətini bəyənirik və səsimizi ona verəcəyik"

Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin təbliğat-təşviqat kampaniyası Cəlilabad rayonunda uğurla davam etdirilir. Kampaniya çərçivəsində rayonun Şorbaçı və Cəlayır kəndlərində seçicilərlə görüşlər keçirilib. SİA-nın məlumatına görə, keçirilən tədbirlərdə çıxış edən rayon təşkilatının şura üzvləri Valeh Məmmədov və Ərəstun Kərimov, partiya fəalları İlham Əliyev və Natiq Abasov seçiciləri İlham Əliyevə səs verməyə çağırıblar.

Kənd sakinləri Ələddin Aslanov, Mirzəağa Dövlətov, Hüseynağa Gözəlov, Qübad Məlikov və digərləri cənab İlham Əliyevin onlara göstərdiyi diqqət və qayğını yüksək dəyərləndirdiklərini, onun daxili və xarici siyasətini bəyəndiklərini məmnunluqla qeyd ediblər. Onlar prezident seçkilərində, məhz İlham Əliyevə səs verəcəklərini bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə