"Qazanılan uğurların davamı üçün İlhamla irəli!"

"Qazanılan uğurların davamı üçün İlhamla irəli!"

9 oktyabr 2013-cü ildə keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən namizədliyi irəli sürülən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Masallı rayonu üzrə seçki qərargahı təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir. SİA-nın məlumatına görə, təbliğat-təşviqat kampaniyası çərçivəsində növbəti görüş rayonun Şıxlar və Qodman kəndlərində keçirilib.

Tədbirdə çıxış edən YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev seçiciləri salamlayıb. O bildirib ki, İlham Əliyevin son 10 illik hakimiyyəti dövründə Azərbaycan dövləti daha da inkişaf edərək regionun ən qüdrətli ölkəsinə çevrilib.

Daha sonra tədbirdə kənd ağsaqqalları Böyükağa Əkbərov, Qəni Əliyev və seçicilər çıxış edərək İlham Əliyevin Azərbaycan xalqı üçün göstərdiyi diqqət və qayğıdan, ölkənin inkişafından, qazanılan uğurlardan söz açıblar. Bu dəfəki seçkilərdə də İlham Əliyevin qələbə qazanması üçün əllərindən gələni əsirgəməyəcəklərini, "İlhamla irəli" getmək istədiklərini ifadə ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə