Azərbaycan Dillər Universitetində Çin Xalq Respublikasının yaranması günü münasibətilə tədbir keçirilib. ADU-dan SİA-ya verilən məlumata görə, tədbir "Çjuncyu" – "Ay və məhsul" milli Çin bayramına həsr olunmuş ədəbi-bədii və xarioqrafik kompozisiya ilə başlayıb. Bu bayram Çində xüsusilə qeyd olunan dövlət bayramlarından biridir. ADU-nun Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsinin tələbələri bayramın tarixi və ayinləri haqqında məruzələrlə çıxış ediblər, Çin, ingilis, fransız, rus dillərində qədim Çin şairlərinin bayrama həsr olunmuş şeirlərini ifa ediblər. Tədbirdə sentyabr ayında Konfustinin ad gününə həsr olunmuş "Konfustsinin ən sevdiyimi aforizmi" mövzusunda ədəbi-fəlsəfi esse yarışmasının qaliblərinə "Ən yaxşı yazıya görə" diplomların verilmə mərasimi də baş tutub.
Tədbirdə çıxış edən Çin dili və mədəniyyəti mərkəzinin müdiri Rafiq Abbasov Azərbaycan-Çin arasındakı siyasi, iqtisadi və mədəni əlaqələrinin perspektivlərindən və uğurlu əməkdaşlığın verdiyi nəticələrindən danışıb. O, Azərbaycan Prezidenti İlham Əliyevin iki ölkə arasındakı ənənəvi dostluq əlaqələrinə verdiyi töhfələri xüsusi qeyd edib.
Tədbirdə çıxış edən ÇXR-nın səfirliyinin əməkdaşı xanım Lİ Yonghui və hərbi attaşe, baş polkovnik Liu Hong Çinin müasir dövrdəki inkişafından, iki ölkə arasındakı iqtisadi əməkdaşlıqdan bəhs edib.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB