Şəmkirdə təbliğat-təşviqat kampaniyası uğurla davam edir

Şəmkirdə təbliğat-təşviqat kampaniyası uğurla davam edir

Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin təbliğat-təşviqat kampaniyası davam edir. SİA-nın məlumatına görə, kampaniya çərçivəsində YAP Şəmkir rayon təşkilatı rayonun Dəllər qəsəbəsində seçicilərlə növbəti görüşünü keçirib. Görüşdə YAP Şəmkir rayon Seçki Qərargahının sədri Fəxrəddin Vəliyev, Bakı Slavyan Universitetinin prorektoru, millət vəkili Sahibə Qafarova, Elmlər doktoru, professor, Azərbaycan Dövlət Tibb Universitetində kafedra müdiri Vaqif Şadlinski, şəmkirli şair, publisist Taleh Həmid, YAP Şəmkir rayon təşkilatı Qərargahının üzvləri Məcid Şıxlinski və Qafar Vəliyev iştirak ediblər.

Tədbirdə çıxış edən YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev qeyd edib ki, bu gün ölkəmiz sürətlə inkişaf edir və əldə etdiyimiz nailiyyətlər Ulu öndər Heydər Əliyevin zamanında müəyyən etdiyi strateji xəttin uğurla həyata keçirilməsinin nəticəsidir.

Tədbirdə həmçinin qeyd olunub ki, ümumiyyətlə dövlət idarəçiliyi təcrübə tələb edir: "Prezident İlham Əliyev Ulu öndər Heydər Əliyevin siyasi varisidir və onun siyasətinin davamçısıdır. Güclü Azərbaycanı güclü lider qura bilər. Güclü lider isə bütün səviyyələrdə xalqın maraqlarını qorumağa qadir olmalıdır".

Bütün xəbərlər Facebook səhifəmizdə