9 oktyabrda keçiriləcək prezident seçkiləri ilə bağlı Yeni Azərbaycan Partiyası (YAP) ölkənin bütün rayonlarında təbliğat-təşviqat tədbirlərini davam etdirir. SİA-nın məlumatına görə, kampaniya çərçivəsində Yardımlı rayonunun Şıxlar və Göyleri kəndlərində seçicilərlə görüş keçirilib.
Kənd ağsaqqalları da çıxışlarında cənab İlham Əliyevə öz dərin təşəkkürlərini bildiriblər. Çıxış edənlər 9 oktyabrda keçiriləcək prezident seçkilərində yekdilliklə iştirak edərək növbəti illərdə də cənab İlham Əliyevi prezident görmək istədiklərinivə, onun uğurlu, düzgün siyasətini dəstəklədiklərini qeyd ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB