Bərdədə itkin düşən 16 yaşlı qız tapılıb. SİA-nın Qarabağ bürosunun verdiyi məlumata görə, Bərdə rayon polis şöbəsinin keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində məlum olub ki ,16 yaşlı qız sevdiyi oğlana qoşularaq qaçıb. Sosial şəbəkədə tanış olan cütlük telefonla danışdıqdan sonra valideynlərdən gizli ailə qurmaq qərarına gəliblər. Bərdədə məskunlaşan Kəlbəcərdən olan məcburi köckün 16 yaşlı Əfsanə Novruzova tək başına Bakı şəhərinə gəlib. Sevdiyi oğlan 17 yaşlı Asim Zəkiyevlə Bakı şəhər avtovağzalında görüşüblər. Valideynindən xəbərsiz Bakı şəhərinə gələn 16 yaşlı qız sevdiyi oğlana könüllü qoşularaq Qubaya, oğlanın yaşadığı evə gediblər. Telefon zənglərini araşdıran polis qızın izini taparaq, Qubadan Bərdə rayonuna gətirib.
Qeyd edək ki, faktla bağlı Bərdə rayon Polis Şöbəsinin istintaq bölməsində araşdırma aparılır.
Şamxal Cəliloğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB