Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov növbəti səyyar qəbul-görüşünü sentyabrın 24-də Aşağı Nüvədi qəsəbəsində keçirib. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, görüşdə İcra başçısının müavinləri, İcra Aparatının rəsmiləri, hüquq-mühafizə orqanlarının, bir sıra aparıcı idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak ediblər.
Görüşü giriş sözü ilə açan İcra başçısının Aşağı Nüvədi inzibati ərazi dairəsi üzrə nümayəndəsi Rəşadət Mirzəyev ərazi haqqında ümumi məlumat verib, bir sıra sosial problemləri İcra başçısının diqqətinə çatdırıb.
Sonra ərazi sakinlərindən Nisə Camalova, Ağa Əliyev və Hüseynağa Məmmədov çıxış edərək ölkəmizin bütün regionlarında, o cümlədən Lənkəran rayonunda aparılan genişmiqyaslı tikinti, quruculuq və abadlıq işlərinə görə, xüsusilə bu gün əraziyə təbii qazın verilməsi ilə əlaqədar Azərbaycan Prezidenti möhtərəm İlham Əliyevə və Lənkəran ŞİH-nin başçısı cənab Taleh Qaraşova bütün sakinlər adından minnətdarlıqlarını bildiriblər.
Çıxışlarda xüsusi vurğulanıb ki, ərazidə yaşayan sakinlər ölkə başçısının daxili və xarici siyasətini ürəkdən bəyənir, oktyabrın 9-da keçiriləcək növbəti prezident seçkilərində hamı dövlət başçımızın namizədliyini dəstəkləyəcək.
Sonra bir neçə sakin şəxsi xahişi ilə İcra başçısına müraciət edib, qəsəbədaxili 500 metrlik yolun asfaltlaşdırılmasını və Aşağı Nüvədi qəsəbə tam orta məktəbində idman zalının əsaslı təmir edilməsini xahiş ediblər.
Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov çıxışında ilk növbədə bugün 20 illik fasilədən sonra əraziyə təbii qazın verilməsi münasibətilə əhalini təbrik edib, tam orta məktəbin əsaslı təmiri və idman zalının yenidən qurulmasının və qəsəbədaxili yolun asfaltlaşdırılacağının tezliklə reallaşacağını bildirib.
İcra başçısı daha sonra xalqımızın ölkə başçısı cənab İlham Əliyevin siyasətini dəstəklədiyini xüsusi vurğulayaraq Azərbaycanın dünya dövlətlərinə sürətlə inteqrasiya etdiyini, respublikada möhkəm ictimai-siyasi sabitliyin hökm sürdüyünü, əmək haqlarının, pensiyaların, ünvanlı sosial yardımların ilbəil artırıldığını diqqətə çatdırıb. Dövlətimizin qüdrəti artdıqca Azərbaycan vətəndaşlarının maddi rifah halının gündən-günə yaxşılaşdığını söyləyən Taleh Qaraşov ölkə iqtisadiyyatının qanunlarla idarə olunduğunu, 2014-2018-ci illərə dair III Dövlət Proqramında qəsəbə və kəndlərin, ayrı-ayrı yaşayış məntəqələrinin bütün sosial problemlərinin həll ediləcəyini, yeni layihələrin və proqramların icrasının nəzərə tutulduğunu bildirib.
İcra başçısı sonda bugünkü görüş zamanı qaldırılan təkliflərin icrası üçün əlaqədar təşkilat rəhbərlərinə konkret tapşırıqlarını verib.
.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB