Qaradağlılar təbliğat-təşviqat kampaniyasında yüksək aktivlik nümayiş etdirir FOTOLAR
Yeni Azərbaycan Partiyasının (YAP) namizədi Prezident İlham Əliyevin təbliğat-təşviqat kampaniyası Qaradağ rayonunda uğurla davam edir. SİA-nın məlumatına görə, Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatının qərargahında seçicilərlə növbəti görüş keçirilib.
Görüşdə YAP Siyasi Şurasının üzvü, Partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov, Milli Məclisin üzvü Ağalar Vəliyev və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib. YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov seçiciləri salamlayaraq, ölkəmizin həyatında bu prosesin olduqca böyük əhəmiyyətə malik olduğunu vurğulayıb. O bildirib ki, ölkənin bütün regionlarında prezidentliyə namizəd İlham Əliyevin təbliğat-təşviqat kampaniyası həyata keçirilir: "Keçirilən görüşlərin yüksək əhval-ruhiyyə çərçivəsində keçməsi bizi çox sevindirir. YAP Qaradağ rayon təşkilatının keçirdiyi görüşlərdə müşahidə olunan yüksək aktivlik, bayram əhval-ruhiyyəsi bir daha onu göstərir ki, xalq İlham Əliyevlədir və yalnız onu dəstəkləyir. Ölkəmiz bundan sonra da cənab İlham Əliyevin rəhbərliyi altında böyük uğurlara imza atacaq".
Milli Məclisin üzvü Ağalar Vəliyev də çıxışında Azərbaycanda gedən sürətli inkişafdan danışıb: "Bu inkişafın əsas səbəbkarı Prezident İlham Əliyevdir. Cənab prezident Azərbaycanı firavan gələcəyə doğru aparan liderdir. Gəlin inkişafa, gələcəyimizə - İlham Əliyevə səs verək. Çünki cənab İlham Əliyev Ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısıdır. Onun dövlət başçısı kimi 10 illik fəaliyyəti dövründə ölkədə genişmiqyaslı abadlıq-quruculuq işləri həyata keçirilib. Yeni yollar salınıb, körpülər tikilib, təhsil, səhiyyə, idman mərkəzləri inşa edilərək istifadəyə verilib".
Ağalar Vəliyev qaradağlı seçiciləri bu yeniliklərin banisinə - Prezident İlham Əliyevə səs verməyə çağırıb.
Qaradağ rayon ictimaiyyəti adından danışan Tofiq Şərifov Qaradağlıların bu gün ölkəmizdə yürüdülən siyasi kursu dəstəklədiklərini bildirib. O qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan daha yüksək nailiyyətlərə imza atacaq.
Qeyd edək ki, görüş səmimi fikir mübadiləsi şəraitində yekunlaşıb.
.jpg)
.jpg)
.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB