ABŞ-ın fövqəladə və səlahiyyətli səfiri cənab Riçard Morninqstar sentyabrın 24-də Lənkəran şəhərinə səfərə gəlib. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, Lənkəran Şəhər İcra Hakimiyyətində keçirilən görüşdə İcra başçısı Taleh Qaraşov ali qonağı yenidən şəhərimizdə görməkdən məmnunluq hissini ifadə edib, düz 1 il bundan əvvəl cənab səfirin Lənkərana səfər etdiyini xatırladan İcra başçısı ötən müddət ərzində rayonumuzda görülən işlər barədə səfirə məlumat verib.
Cənab Riçard Morninqstar yüksək qonaqpərvərliyə və səmimi qəbula görə İcra başçısına minnətdarlıq edib və ötən 1 il ərzində Lənkəranda çoxlu dəyişikliklərin şahidi olduğunu söyləyib, Lənkəranda Amerika Mərkəzi üçün ayrılacaq yerə görə icra başçısına təşəkkürünü bildirib.
Cənab səfir sonda kütləvi informasiya vasitələrinin nümayəndələrinə müsahibə verib.
Həmin gün cənab R. Morninqstar "Lənkəran-Konserv" MMC-yə, "Palsüd" MMC-yə baş çəkib, Lənkəranın bir sıra görməli yerləri ilə tanış olub.
.jpg)

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB