Astara rayonunda Yeni Azərbaycan Partiyasının (YAP) prezidentliyə namizədi cənab İlham Əliyevin seçki qərargahı rayonun Ojəkəran və Burzubənd kənd seçiciləri ilə görüş keçirib. SİA-nın məlumatına görə, YAP rayon təşkilatının sədri Firudin Əhmədov seçiciləri salamlayıb və tədbiri açıq elan edib. Çıxış edən təşkilat sədri 9 oktyabrda keçiriləcək seçkinin əhəmiyyətindən, rayonda görülən abadlıq-quruculuq işlərindən danışıb.
Tədbirdə çıxış edən kənd ziyalıları Şadoğlan Talıbov, Zaur Rəfiyev, Arif Talıbov və Vidadi Əmirov görüşdə iştirak edən digər seçicilərlə birlikdə 9 oktyabrda cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB