Ötən axşam Bərdə rayonuna elektrik enerjisinin verilişində uzunmüddətli fasilə yaranıb. SİA-nın Qarabağ bürosunun verdiyi məlumata görə, buna əsas səbəb aramsız yağan yağış nəticəsində 110 kv-luq stansiyanın əsas şitlərindən birində yanğın baş verməsi olub. Belə ki, qısaqapanma nəticəsində yüksək gərginlikli əsas daşıyıcı elektrik xətləri qırılaraq yerə tökülüb. Nəticədə ötürücülərdən birində güclü yanğın olub. Hadisə yerinə Bərdə Yanğından Mühafizə İdarəsinin əməkdaşları cəlb ediliblər. Yalnız bundan sonra yanğının qarşısını almaq mümkün olub.
Güclü alov ötürücü şitlərin yerləşdiyi mühafizə örtüyünü tamamilə sıradan çıxarıb. Baş verən qəzadan sonra Bərdə şəhəri də daxil olmaqla, rayonun bütün kəndlərinə elektrik enerjisinin verilməsində uzunmüddətli fasilə yaranıb. Yalnız səhər saatlarında rayon ərazisinə elektrik enerjisinin verilməsi təmin edilib.
Şamxal Cəliloğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB