Kiyev-Bakı aviareyslərinin sayının artırılması haqqında tərəfdaşlıq sazişi imzalanıb. SİA "Ukraine İnternational Airlines" (UİA) aviaşirkətinin saytına istinadən xəbər verir ki, saziş "Ukraine İnternational Airlines" (UİA) aviaşirkəti ilə "Azərbaycan Hava Yolları" (AZAL) arasında imzalanıb. Belə ki, saziş Ukraynanın bölgələrində yaşayan vətəndaşların Bakıya rahat şəkildə gəlməsinə yardım edəcək.
Qeyd edək ki, 2013-cü ilin oktyabrında başlayacaq və gələn ilin martında bitəcək qış mövsümü zamanı Azərbaycan və Ukrayna paytaxtları arasında həftə ərzində 8 reys yerinə yetiriləcək.
Xatırladaq ki, hazırda Bakıdan Kiyev də daxil olmaqla Ukraynanın 4 şəhərinə aviareyslər mövcuddur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB