Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov tərəfindən sentyabrın 27-də saat 11:00-dan Ağdam rayonunda vətəndaşların qəbulu keçiriləcək. Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, qəbulda Ağdam, Bərdə, Ağcabədi, Füzuli, Beyləqan, Tərtər və Xocavənd rayonlarında yaşayan sakinlər, habelə həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.
Qyd edək ki, qəbul zamanı yalnız FHN-in fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaq. Qəbula gələn vətəndaşların qeydiyyatı FHN-in Qarabağ Regional Mərkəzinin inzibati binasında (ünvan: Ağdam rayonu, Quzanlı qəsəbəsi) sentyabrın 25-i saat 14:00-dan başlayacaq. Vətəndaşlar qəbula gələrkən şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB