"Sabah Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək". SİA-ya açıqlamasında Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun şöbə rəisi Gürşad Məmmədova bildirib ki, sentyabrın 25-də paytaxtda və yarımadada havanın temperaturu gecə 15-19, gündüz 23-28 dərəcə isti olacaq.
Onun sözlərinə görə, bölgələrdə havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, yağış yağacağı gözlənilir: "Qərb küləyi əsəcək. Gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 14-19, gündüz 24-29 dərəcə isti, dağlarda gecə 6-11, gündüz 15-20 dərəcə isti olacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB