Prezident-xalq birliyi bütün uğurların əsasında dayanır FOTOLAR

YAP Xətai rayon təşkilatı prezidentliyə namizəd cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir
Prezident-xalq birliyi bütün uğurların əsasında dayanır FOTOLAR

"Bakı" kinoteatrında Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatı prezidentliyə namizəd cənab İlham Əliyevin təbliğatı çərçivəsində seçicilərlə görüş keçirib. SİA-ya verilən məlumata görə, tədbirdə YAP Xətai rayon təşkilatının sədri, Milli Məclisin deputatı Hüseynbala Mirələmov, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, professor Səməd Seyidov, YAP Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə və rayon seçiciləri iştirak edib.

Tədbiri giriş sözü ilə açan YAP Xətai rayon təşkilatının sədri, Milli Məclisin deputatı Hüseynbala Mirələmov hər bir dövlətdə seçki prosesinin mühüm kampaniya olduğunu bildirib. Qeyd edib ki, Yeni Azərbaycan Partiyasının bu günə kimi seçicilərlə keçirilən görüşləri onu deməyə əsas verir ki, 9 okyabrda xalqımız hamılıqla prezidentliyə namizəd İlham Əliyevə səs verəcək. Sonra YAP Xətai rayon təşkilatının sədri nüfuza və çəkiyə malik, keçirilən seçki proseslərindən daim uğurla çıxan Yeni Azərbaycan Partiyasının yaranma tarixindən geniş bəhs edib. H.Mirələmov bildirib ki, Azərbaycanın hər bir sahədə inkişafı ölkədə sabitliklə bağlıdır. Ötən 10 ildə ölkəmizin qazandığı uğurlara diqqət yetirsək bu gun Azərbaycanın iqtisadi inkişafının hansı mərhələdə olduğunu görərik.

"Cənab İlham Əliyevin son illərdə gördüyü işlər 9 oktyabr prezident seçkilərində qələbəsini şəksiz edib. Hər bir sahədə proqramların mövcudluğu və onların uğurla həyata keçirilməsi ölkənin inkişafını, tərəqqisini daha da sürətləndirib. Bu gün Azərbaycanın adı inkişaf etmiş ölkələr sırasındadır". deyən YAP Xətai rayon təşkilatının sədri vurğulayıb ki, Azərbaycanın xoşbəxt, firavan gələcəyi üçün hər birimiz bu seçkilərdə iştirak etməli, bir daha sivil, demokratik ölkənin vətəndaşı olduğumuzu təsdiqləməliyik.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, professor Səməd Seyidov bildirib ki, seçkilərin demokratikliyini, azad və ədalətliliyini təmin etmək üçün Prezident İlham Əliyevin atdığı addımlar göz qabağındadır. Sonra çıxışı zamanı S.Seyidov beynəlxalq aləmdə ölkənin nüfuzundan, cənab İlham Əliyevin uğurlarından danışıb: "2003-cü ildə prezident seçkilərində cənab İlham Əliyevin ulu öndərin siyasətini davam etdirəcəyini bəyan edərək xalq qarşısında verdiyi bu kimi digər vədlər artıq reallıq kimi qiymətləndirilir. Azərbaycanın beynəlxalq aləmdə əldə etdiyi uğurlar da məhz İlham Əliyevin adı ilə bağlıdır. Azərbayanın son on ildə xarici siyasət sahəsində qazandığı uğurların bariz nümunəsi kimi ölkə Prezidentinin mütəmadi olaraq bu və ya digər ölkələrə səfərlərini, eyni zamanda həmin dövlətlərin rəsmilərinin Azərbaycana gəlişini qeyd edə bilərik".

Milli Məclisin komitə sədri vurğuladı ki, bu tədbirdə çıxış edənlərin, digər rayon və şəhərlərdə seçicilərlə görüşlərdə çıxış edənlərin, ümumilikdə bizim hamımızın bir arzumuz var-cənab Ilham Əliyevi yenidən Prezident seçmək, onun ətrafında sıx birləşib xalqımıza və dövlətimizə xidmət etməkdir.

Tədbirdə YAP Siyasi Şurasının üzvu, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirdi ki, ötən 10 ilə yaxın dövr ərzində dövlət başçısı İlham Əliyevin atdığı addımlar Azərbaycanın güclü dövlətə çevrilməsinə yönəlib. "İnkişafın əsasında sabitlik dayanır. Dövlət başçısı ölkədə ictimai-siyasi durumun stabilliyini qorumağı kimliyindən, siyasi mənsubiyyətindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşının qarşısında ən ümdə məqsəd kimi qoyur." V.Rəhimzadənin sözlərinə görə, Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin "İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir" fikrini diqqətə çatdırmaqla ölkəmizin hərtərəfli inkişafı üçün bu amilin rolunu xüsusi vurğulayır. Yeni iş yerlərinin yaradılması, qeyri-neft sektorunun inkişafı, yoxsulluq probleminin həlli, yeni infrastrukturun yaradılması, təhsil müəssisələrinin açılışı, bölgələrdə hava limanlarının tikilib istifadəyə verilməsi və s. kimi uğurlar cənab İlham Əliyevin fəaliyyətində öz əksini tapıb.

YAP Siyasi Şurasının üzvu hər il dövlət başçısının sərəncamları ilə bir neçə dəfə maaş və pensiyaların artmasını vurğulayaraq dövlət büdcəsinin sosial yönümlü olmasını da müsbət hal kimi dəyərləndirdi. V.Rəhmizadə qeyd etdi ki, son beş il ərzində cənab İlham Əliyevin həyata keçirdiyi irimiqyaslı layihələr əhalinin sosial-rifah halının yaxşılaşdınlması üçün imzaladığı sərəncam və qərarlar, onu deməyə əsas verir ki, bizim hər birimiz növbəti beş il ərzində də bu inkişaf strategiyasının uğurla davam etdirilməsi üçün cənab İlham Əliyevə səs verməliyik. V.Rəhimzadə seçiciləri seçkilərdə fəal olmağa çağıraraq "Bizim bir bayrağımız, bir gerbimiz, bir himnimiz və bir Prezidentimiz var. O da cənab İlham Əliyevdir" dedi.

Tədbirdə çıxış edən seçicilərdən "Azərneftyağ" Neft Emalı Zavodunun əməkdaşları İlham Quliyev, Elnur Məmmədli, Zahid Çobanov, rayon ziyalısı Sadıx Əliyev, seçici Azər Hüseynov və digərləri cənab İlham Əliyevin yorulmaz fəaliyyətini yüksək qiymətləndirdiklərini və ona səs verəcəklərini söylədilər. "Xalqın yeganə namizədi İlham Əliyevdir" vurğulayan seçicilər 9 oktyabr seçkilərində iştirak edərək, cənab İlham Əliyevə səs verəcəklərini bildirdilər. Bununla növbəti beş ildə ölkəmizin daha da qüdrətlənməsi, müasirləşməsi üçün geniş imkanlar yaranacaq.

Sonda YAP Xətai rayon təşkilatının sədri H.Mirələmov 9 oktyabrda keçiriləcək seçkilərdə seçiciləri fəal iştirak etməyə, cənab İlham Əliyevə səs verməyə çağırdı.

Orxan Vahidoğlu

Vüsal Cahanov (foto), "İki sahil"

Bütün xəbərlər Facebook səhifəmizdə