Qaradağda ilk dəfə səs verəcək gənclərlə görüş keçirilib

Qaradağda ilk dəfə səs verəcək gənclərlə görüş keçirilib

Qaradağ rayon Gənclər və İdman İdarəsi və Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin dəstəyi ilə Qaradağ rayonu Lökbatan qəsəbəsində rayonun ilk dəfə səs verəcək gəncləri ilə görüş keçirilib. İdarənin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov ilk dəfə səs verəcək gəncləri bu tarixi prosesdə iştirakları münasibəti ilə təbrik edib. R. Abbasov qarşıdan gələn seçkilərdə gənclərin böyük fəallıq nümayış etdirəcəyinə, ilk dəfə səs verəcək qaradağlı gənclərin də, xüsusilə fəallıq göstərəcəyinə əminliyini ifadə edib.

Tədbirdə iştirak edən digər rəsmi şəxslər də Azərbaycanda uğurlu gənclər siyasətinin həyata keçirildiyini, dövlətin məqsədyönlü tədbirlərinin gənclərin inkişafına, onların kreativ bir qüvvə kimi ölkə həyatında fəal iştirakına əsaslı zamin yaradacağını vurğulayıblar.

Görüşün sonunda elm, mədəniyyət, idman və digər sahələrdə fərqlənmiş bir qrup gəncə diplom və hədiyyələr təqdim edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə